Türkiyənin Mersin vilayətində meşədə yanğın başlayıb.
APA TRT Haber-ə istinadən xəbər verir ki, meşədə başlayan yanğının söndürülməsi üçün 2 helikopter və 7 su tankeri bölgəyə göndərilib.
Yanğına nəzarət etmək üçün havadan və qurudan müdaxilə davam edir.