Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Görüş zamanı Kreml rəhbəri Türkiyənin BRİKS-ə maraq göstərməsini alqışladığını bildirib və bu yöndə Ankaraya dəstəyini göstərəcəyini ifadə edib.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Rusiyada səfərdədir.