Gəncə şəhərində və Goranboy rayonunda intihar hadisələri baş verib.
İqtisadiyyat.az xəbər verir ki, Gəncədəki hadisə Avtozavod qəsəbəsində qeydə alınıb.
1995-ci il təvəllüdlü Aslanova Tükəzban İlham qızı yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Digər intihar hadisəsi isə Goranboy rayonunda qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Əmrahov Xasay Dünyamalı oğlu özünü asaraq intihar edib.
Məlumata görə, o, uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş və yataq şəraitində müalicə olunurmuş.
Faktlarla bağlı Gəncə və Goranboy prokurorluqlarında araşdırma aparılır.