Braziliyanın xarici işlər naziri Mauro Vieyra bu gün Türkiyəyə rəsmi səfərə gəlir.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bu ifadələrə yer verilib: "Braziliyanın xarici işlər naziri Mauro Vieyra 2024-cü il iyunun 12-də ölkəmizə rəsmi səfər edəcək. Xarici işlər nazirimiz Hakan Fidan ilə qonaq nazir arasında keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur''.