EN

Azərbaycanın türk dövlətinlərinin əməkdaşlığındakı rolu aparıcıdır

Türk dövlətləri ilə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi və genişləndirilməsi xarici siyasətimizin əsas prioritetlərindən birini təşkil edir. Son illərdə dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanla türk dünyası ölkələri arasında aparılan uğurlu işlər bunu bir daha təsdiq edir. Ölkəmizin türk dövlətlərinin əməkdaşlığında aparıcı rolu olduğunu xüsusi qeyd etmək lazımdır. Möhtərəm Prezident cənab İlham Əliyevin səyləri və uğurlu xarici siyasəti nəticəsində bu gün türk dünyası ölkələri arasındakı əlaqələr özünün ən yüksək səviyyəsindədir. Dövlət başçımızın TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşündə bildirdiyi kimi Türk dünyası böyük potensiala malik olan böyük bir ailədir. Biz işğaldan azad olmuş ərazilərdə bərpa-quruculuq işləri aparılan zaman qardaş ölkələrin dəstəyinin və türk birliyinin bir daha şahidi olduq.  Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Hesab edirəm ki, bu, Türk dövlətləri ilə əlaqələrimizin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir. Görüşdə əsasən nəqliyyat məsələləri müzakirə olunacaq. Hər birimizə məlum olduğu kimi nəqliyyat həm iqtisadi, həm də siyasi əməkdaşlıq üçün əhəmiyyətli bir rol oynayır. Nəqliyyat əlaqələrinin genişləndirilməsi, yeni nəqliyyat infrastrukturlarının qurulması Türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində növbəti uğurlu addım olacaqdır.  

Emin Hacıyev
Millət Vəkili

Chosen
217
1
manset.az

2Sources