"Turan Tovuz"un baş məşqçisi olacaq Kurban Berdıyevin müqaviləsinin detalları məlum olub.
Publika.az xəbər verir ki, 71 yaşlı mütəxəssis Azərbaycan təmsilçisi ilə sadəcə 2024/25 mövsümünü əhatə edən 1 illik müqavilə imzalayacaq. Sözləşmənin müddəti bir mövsüm uzadıla bilər. Bununla bağlı xüsusi bənd var.
Qeyd edək ki, Berdıyevin son iş yeri Mahaçqala “Dinamo”su olub. 71 yaşlı mütəxəssis 2 dəfə Rusiya çempionu olub və “Rubin”lə ölkə Superkubokunu qazanıb.