ABŞ əsgərləri düşmən gülləsindən deyil, intihardan ölür.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu, Müdafiə Sağlamlığı Agentliyinin 2014-2019-cu illəri əhatə edən "ABŞ ordusunda ölüm halları" ilə bağlı araşdırmasında öz əksini tapıb.
Araşdırmada sözügedən dövrdə ABŞ ordusunda 883 nəfərin intihar nəticəsində öldüyü, eyni dövrdə düşmən atəşi nəticəsində ölənlərin sayının isə 96 olduğu bildirilib.
2023-cü ilin sentyabrında intiharları araşdıran müstəqil komissiyanın tövsiyələrindən sonra Pentaqon əsgərlərin psixi sağlamlığının yaxşılaşdırması və odlu silahların təhlükəsiz saxlanması üçün stimullaşdırıcı addımlar atıb. Bu addımlardan sonra əsgər ölümlərinin sayında azalma müşahidə olunub.
Gülşən Şərif