EN

Qərb bölgəmizdə yeni oyuna başlayır

Azərbaycan və İran eyni vaxtda taktiki təlimlərkeçirəcək. Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir: "2024-cüilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də AzərbaycanOrdusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunanbölmələri ilə taktiki təlim keçiriləcək”.

Eyni zamanda, ABŞ dövlət katibinin Avropa və Avrsçiya məsələləriüzrə müavini Ceyms O-Brayen İrəvanda rəsmi səfərdə olub. O,Ermənistanın XİN başçısı Ararat Mirzoyan ilə görüşüb. GörüşdəABŞ-Ermənistan əlaqələri, Bakı və İrəvan arasında aparılandanışıqlar, həmin danışıqlar çərçivəsində Vaşinqton-İrəvantəmasları və s. müzakirə olunub.

O-Brayenin səfəri rəsmi olaraq ABŞ və Ermənistan arasındastrateji dialoqla bağlı toplantıda iştirak məqsədi daşıyırdı.

İclas başlayan kimi O-Brayen aprelin 5-də Brüsseldə ABŞ-nindövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursulafon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakeçirilmiş görüşdə əldə edilmiş razılaşmalara Vaşinqtonun sadiqqaldığını vurğulayıb.

"Ölkələrimiz gömrük sahəsində informasiya mübadiləsi ilə bağlıanlaşma imzalayacaqlar, ticarət və biznes sahəsindətərəfdaşlığımızı yaxın illərdə asanlaşdıracağıq. Bu, Brüsseldəmüzakirə edilmiş vədlərin bir hissəsidir", - O-Brayen söyləyib.

Ararat Mirzoyanla görüşdə isə O-Brayen bəyan edib ki, ABŞErmənistanla strateji dialoqun səviyyəsini artıraraq StratejiTərəfdaşlıq Komissiyası yaratmaq niyyətindədir.

Nə baş verir? Suala cavab verməyə çalışaq.

İrəvanda Ararat Mirzoyanla, daha sonra Ermənistanın baş naziriNikol Paşinyanla görüşərək danışıqlar aparan O-Brayen ermənilərəyaxşılıq etmək üçün onlara baş çəkən şəfqətli və həlim amerikalıdeyil.

O-Brayen ABŞ dövlət katibinin çox yüksək səlahiyyətlər məcmusunamalik müavinidir. O, Birləşmiş Ştatların bölgəmizlə yanaşı, MərkəziAsiyadakı siyasətinin müəyyənləşməsində aktiv iştirak edənşəxsdir.

Cunqar dağlarından tutmuş, Egey dənizinədək olan nəhəng arealdaVaşinqtonun yeni təsir və təzyiq sisteminin praktikiformalaşmasının memarlarından biri məhz O-Brayendir.

Siyasətdə romantizm, mənəvi imperativlər və ya hisslərdən çoxuzaq, sümük iliyinədək praqmat olan Ceyms O-Brayen üçün İrəvandainsan haqları və demokratiya barədə artıq çeynənmiş, klişeyəçevrilmiş politesdən danışmaq bezdirici olsa da, o, işininöhdəsindən gəlib.

Ermənistanla strateji tərəfdaşlıq barədə anlaşma da ermənilərəhimayə və ya dəstək istəkləri ilə yox, Vaşinqtonun absolyut vəstrateji zərurət saydığı məqamlarla bağlıdır.

Unutmayaq ki, hələ Uinston Çörçill demişdi: "Amerikalılar ilkinolaraq bütün yanlış üsulları sınayıb bitirəndən sonra həmişə düzgünqərar verirlər".

O-Brayenin İrəvana səfəri əslində Ermənistanın əvvəlkihakimiyyətləri dövründə başlayan, ABŞ-ın postsovet məkanında ənböyük səfirliyinin Ermənistanda inşası ilə müşayiət olunansiyasətinin davamıdır. Vaşinqtonun Ermənistanda əsas məqsədiRusiyanı Cənubi Qafqazdan sıxışddırıb çıxarmaq, regionuamerikalıların geosiyasi gündəminə uyğun olaraq yenidənformalaşdırmaqdır.

İmzalanmış anlaşma həm də Rusiya və Ermənistan arasında hərbi,hərbi-texniki və müdafiə sahələrində əməkdaşlığı minimum səviyyəyəendirmək, sonucda isə ümumiyyətlə dayandırmaq məqsədi daşıyır.

Perspektivdə Ermənistan ərazisində amerikalı hərbçilərininsayının artması, əlahiddə hərbi kontingentin formalaşması istisnadeyil. Söhbət ilk əvvəl İrəvandakı "Erebuni" aerodromunda ABŞ-ınhərbi-hava bazası və elektron izləmə-casusluq əməliyyatları üçünelektron kəşfiyyat mərkəzi yaratmaq istəyindən gədir.

Həmin mərkəz yaradılarsa təbii ki, əsas hədəfləri Rusiya və İranolacaq.

Sadalanan məqamların reallaşması Cənubi Qafqazda gərginliyiartırmaq və Rusiyaya qarşı ikinci cəbhə açmaq strategiyasıçərçivəsindədir.

Bu baxımdan, Bakı və İrəvan arasında yekun sülh müqaviləsininimzalanmasına yönəlmiş prosesi tam dəstəklməəsi barədə bəyanatlarlaCənubi Qafqazdakı real məqsədləri arasında kəskin, uçurumuxatırladaq fərqlər olan Vaşinqtonun əsas şədəfi Ermənistan tamkontrolda saxlamaqdır.

Məhz həmin səbəbdən Vaşinqton ermənilərin sürətlə silahlanmayayönəlmiş militar ambisiyaları dəstəkləyir, erməni zabitləri vəxüsusilə də generalları ABŞ hərbi məktəbləri ilə akademiyalarıntədris prosesinə cəlb eğmək istəyir.

ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq barədə sazişimzalanandan sonra isə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İrəvandakəşfiyyat, habelə təhlükəsizlik strukturları üzərində "hami"likedəcək.

Sadaladığımız məqamlarla yanaşı, Birləşəmiş ŞtatlarErmənistandan Rusiya ilə müttəfiqlik və strateji tərəfdaşlıqmünasibətilərinə "yenidən baxmağı" tələb edir, İrəvanın MDBölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT)tərk edəcəyi təqdirdə yaranacaq problemlərin "həllində tam dəstək"vəd edir.

Bütün bunlarla yanaşı, xatırladaq ki, Ceyms O-Brayen ABŞKonqresində məlum və bədnam dinləmələr zamanı aşkar ermənipərəstmövqe tutaraq Azərbaycana qarşı marazmatik ittihamlarrla çıxışetmişdi.

Ötən ilin lekabrınlda isə o, ABŞ və Azərbaycan arasındakımünasibətlərin ifrat gərginləşdiyi zamanda Konqresdəkibəyanatlarını sanki heç nə olmamış kimi təkzib etdi.

O-Brayen ötən ay Tbilisidə dəə rəsmi səfərdə olmuşdu. Gürcüstanparlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanunlayihəsinin qəbulundan sonra O-Brayen ölkə rəhbərliyi iləə apardığıdanışıqlarda aşkar pressinqə əl ataraq ABŞ-ın Gürcüstandakı təsirimkanlarının bərpasına çalışmışdı. O-Brayen həm də bəyan etmişdiki, sən demə, yeni qanun «Avropa İttifaqının müvafiq standartlarınacavab vermir».

İndi, deyəsən, növbə Ermənistana çatıb.

Arxiyepiskop Baqratın və ya Vazgen Qalstanyanın başçılıq etdiyietiraz hərəkatı ABŞ Dövlət Departamenti üçün ciddi problem olmasada, Vaşinqton İrəvandakı hakimiyyət üçün indiki mürəkkəb dövrdəNikol Paşinyanı dəstəkləmək qərarına gəlib.

Ermənistan hakimiyyəti anlayır ki, vədlərə rəğmən, ölkəniNATO-ya üzzv qəbul etməyəcəklər. Həmin səbəbdən rəsmi İrəvan NATOilə təhlükəsizlik anlaşması imzalayaraq ikitərəfli əlaqəəri inkişafetdirmək niyyətindədir. Nikol Paşinyan bununla bağlı hətta ABŞ-ındövlət katibi Entoni Blinkenə və Avropa İttifaqının SiyasiŞurasının sədri Şarl Mişelə məktublar da ünvanlamışdı.

Ceyms O-Brayenin səfəri Cənubi Qafqazda vəziyyətinsadələşəcəyindən və ya normallaşacağından yox, tam əksinə, daha daağırlaşacağından xəbər verir.

Qərb bölgəmizdə yeni oyuna başlayır.

Çox mürəkkəb və fəsadlı bir oyuna…

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
146
3
az.trend.az

4Sources