Anqola Prezidenti bu ilin noyabrında Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakda maraqlıdır.
"İki sahil"in Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Anqolanın xarici işlər nazirinin müavini Domingos Custódio Vieira Lopes Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşündə bildirib.
Anqolanın xarici işlər nazirinin müavini Anqola Prezidentinin noyabrda Azərbaycanda keçiriləcək COP29-da iştirakında maraqlı olduğunu ifadə edib.