EN

ABŞ Moskva Birjası və Novatek-i sanksiya siyahısına saldı: Rusiyada dollar-avro üzrə rəsmi ticarət dayandırıldı

İyunun 12-də ABŞ Rusiyaya qarşı sanksiya siyahısını son dövrlərdə ən çox sayda əlavələr edib.

Musavat.com ABŞ Maliyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, bu dəfə siyahıya Moskva Valyuta Birjası Qrupu da daxil edilib ki, bunun da nəticəsində Rusiyada dollarla birja ticarəti mümkünsüz hala gəlib.

Moskva Valyuta Birjası qərardan dərhal sonra açıqlama yayaraq dollar və avro ilə ticarət əməliyyatlarını iyunun 13-dən dayandırdığını elan edib.

Sanksiya siyahısına həmçinin Rusiya Milli Hesablaşma Depozitarı və Milli Klirinq Mərkəzi də əlavə edilib. Bundan əlavə, Aİ və Böyük Britaniyanın ardınca ABŞ da Rusiya Milli Təkrar Sığorta Şirkətinə qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısında hazırda SOGAZ, Tochka Bank, Goznak və onun rəhbəri Arkadi Traçuk da var.

Həmçinin Seligdar, Qazprom Invest, Uralredmet, Amur Metallurgiya Zavodu, GT Morstroy ASC, Konar ASC, Rusolovo PJSC, Sinara Transport Machines, Rusgazdobycha şirkətləri, həmçinin bir sıra NOVATEK strukturları daxildir: Murmansk LNG, Ob Qaz Kimya Kompleksi, Murmansk -Transgaza, Arctic LNG 1, Arctic LNG 3, NOVATEK LNG Fuel Kashira, Colestar və Elgaugol qruplarından bir sıra şirkətlər də sanksiya siyahısına daxil edilib.

Rusiya Mərkəzi Bankı bu gün açıqlama yayaraq ABŞ dolları və avro ilə əməliyyatların birjadankənar bazarda davam etdiriləcəyini elan edib:

“ABŞ-ın Moskva Birjası qrupuna münasibətdə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar olaraq, ABŞ dolları və avro ilə birja ticarəti və çatdırılma alətləri üzrə hesablaşmalar, eyni zamanda, bütün digər birja seqmentlərində və mübadilə üçün ticarət dayandırılır. Rubl və digər valyutalarda əməliyyatlar adi qaydada davam etdiriləcək”.

ABŞ dolları və avronun rubla qarşı rəsmi məzənnələrini müəyyən etmək üçün Rusiya Bankı bank hesabatlarından və rəqəmsal birjadankənar ticarət platformalarından alınan məlumatlardan istifadə edəcək:

"Şirkətlər və vətəndaşlar Rusiya bankları vasitəsilə ABŞ dolları və avro alqı-satqısını davam etdirə bilərlər. Vətəndaşların və şirkətlərin hesablarında və əmanətlərində olan ABŞ dolları və avrodakı bütün vəsaitlər təhlükəsiz olaraq qalır. Vətəndaşların və təşkilatların ABŞ dolları və avrodakı əmanətləri və hesabları üçün Rusiya Bankı tərəfindən yaradılmış əvvəlki emissiya rejimi saxlanılır”

Musavat.com

Chosen
156
48
musavat.com

10Sources