Goranboyda iki avtomobilin toqquşması xəsarətlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Safıkürd kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin bir-birinə dəyməsi nəticəsində 1967-ci il təvəllüdlü B.Baxışəliyev və 1990-cı il təvəllüdlü A.Mehdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma apaılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu