Rusiya hərbi aviasiyası gecə saatlarında ölkə ərazisi üzərində 87 pilotsuz uçan aparatı vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, gecə saatlarında bir neçə bölgədəki obyektlərə PUA-larla hücum olub. Hücumun qarşısının alındığı, bütün hava vasitələrinin məhv edildiyi bildirilir.
Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorodda 2, Volqoqradda 2, Voronejdə 6, Kurskda 6, Rostovda 70 və Krım üzərində 1 PUA-nı məhv edib.
Ukrayna mənbələri Rostov vilayətində aerodrom və neft anbarının vurulması haqda məlumat yayıb.
Müəllif: Mənsur Rəğbətoğlu