FİFA qadın futbolçulardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisi 75-ci yerdə qərarlaşıb.
Yığmanın hesabında 1321,84 xal var. Siyasət Əsgərovun yetirmələri ötən reytinqlə müqayisədə 1 pillə irəliləyib.
Qeyd edək ki, cədvələ 2099,89 xalla İspaniya başçılıq edir.