EN

“Nəhəng olduğu qədər də çətin vəzifələrinin başlandığı gündür”

"15 iyun Bəşəriyyətin nadir tarixi şəxsiyyətlərindən olan, müasir dövlətçiliyimizin və əldə etdiyimiz bütün uğurların banisi Ulu Öndər Heydər Əliyevin ideyalarının nəhəng, nəhəng olduğu qədər çətin vəzifələrinin başlandığı gündür". 

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. Siyasətçi bildirib ki, silahlı qarşıdurmaların yox edilməsinin, erməni işğalının dayandırılmasının, milli həmrəyliyimizin əsaslarının yaradılmasının, ölkəmizə böyük dividentlər gətirən neft strategiyasının başlanğıc və müasir Milli dövlətçiliyimizin doğum günü olan 15 iyun Ulu Öndərimizin bioqrafiyasında ən şanlı səhifələrdən biridir: 

"Bu gün beynəlxalq aləmdə ciddi nüfuz sahibi və bölgədə lider dövlət olan Azərbaycanın bütün uğurları məhz 15 İyun 1993 - cü ildən qaynaqlanır. SEO Xidməti

Ulu Öndərimizin böyük fədakarlığı və gərgin əməyi hesabına yaradılan müasir, müstəqil Azərbaycan dövləti Cənab Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyətli iradəsi və tükənməyən enerjisi və potensialı ilə daha yüksək zirvələri fəth etməkdədir. 44 günlük Vətən müharibəsi və 10 saatlıq erməni antiterror əməliyyatı faşizmi üzərindəki tarixi qələbəmiz, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi məhz Ulu Öndərimizin yaratdığı dövlətçilik strategiyasının məntiqinə söykənir. Bu gün Ülu Öndərimizin ruhu şaddır. Çünki onun arzu etdiyi günləri yaşamaqdayıq. Ulu Öndərimizin vəsiətləri bütün sahələrdə yerinə yetirilməkdə, artıq dediyi kimi “Azərbaycan səmada Günəş kimi parlamaqdadır”. 

Şad olan ruhun əbədi olsun, ULU ÖNDƏR!" 

 

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
150
yenisabah.az

1Sources