EN

Azərbaycanda 303 siyasi məhbusun olduğu deyilir

Hüquq müdafiə təşkilatı yenilənmiş siyahı yayıb

İyunun 14-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yeni siyahısını açıqlayıb.

Bildirilir ki, siyahıya 303 nəfər daxildir.

Təşkilat deyib ki, 18 mart tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 16 nəfər artıb.

Həmçinin ötən üç ayda siyahıdan yalnız iqtisadçı alim Qubad İbadoğlunun adı çıxarılıb. Çünki onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

"Siyahıda 17 yeni ad var: hüquq müdafiəçisi Anar Məmmədli, "meclis.info” onlayn platformasının rəhbəri İmran Əliyev, iqtisadçı Fərid Mehralızadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Sahib Məmmədzadə və Mehman Əliyev, ictimai fəallar Elşən Kərimov və Laçın Vəliyev, həmçinin iflic olmuş fəal Famil Xəlilov, o cümlədən, 9 nəfər dindar”, – deyə ittifaq əlavə edib.

Eyni zamanda, Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq 303 siyasi məhbusu 8 qrupa ayırıb: "Jurnalistlər və blogerlər qrupunda 20 nəfər, hüquq müdafiəçilərinə 3, müxalifət partiyalarının və hərəkatların üzvləri 28, Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər 5, dindarlar 216 nəfəri əhatə edir. Həmçinin Gəncə, Tərtər işləri üzrə mühakimə olunanlar və ömürlük məhbuslar da var”.

Siyahını keçmiş "vicdan məhbusları” – Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıblar.
Chosen
269
arqument.az

1Sources