Yol Polisi hamilə qadını təhlükəsiz və vaxtında xəstəxanaya çatdırdı - VİDEO
Yol Patrul Xidməti əməkdaşları həmişə olduğu kimi çətinlikdə olan vətəndaşların köməyinə yetişərək hər kəsin rəğbətini qazanıb.Belə ki,axşam saatlarında hamilə qadını təcili olaraq xəstəxanaya çatdırmaq lazım olub. Lakin, yollarda olan tıxac buna maneə törədib. Bu zaman xidmətdə olan 90 YP 634 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti əməkdaşları yolda yaranan tıxacı nizamlayaraq hamilə qadın olan avtomobil üçün yol açıb və sözü geden qadının olduğu avtomobilə müşaiyət edərək qadının həm təhlükəsiz, həm də vaxtında xəstəxanaya çatdırılmasına nail olub. Hamilə qadının ailə üzvləri Patrul.az vasitəsi ilə Yol Patrul Xidməti əməkdaşlarına öz dərin minnətdarlıqlarını bildirərək,təşəkkür etdi.Bizdə Patrul.az xəbər portalı olaraq bu və bu kimi digər xeyirxah,işinə sadiq və vicdanlı YPX əməkdaşlarına təşəkkürlərimizi bildiririk.