EN

Hasan Canın saxlanılma xəbəri yalandır?

Stəndapçı Hasan Can Kayanın saxlanılma iddialarının yalan olduğu üzə çıxıb.

OLAY yazır ki, bununla bağlı məhkəmə müxbiri Devrim Tosunoğlu açıqlama yayıb.

O bildirib ki, prokurorluqla əlaqə saxlayıb, lakin heç bir şikayət və sənədin olmadığı bildirilib.

Jurnalist deyib ki, bu xəbər Hasan Canın nüfuzuna xələl gətirmək məqsədilə paylaşılıb.

Qeyd edək ki, ötən gün fenomenin 23 yaşlı qıza evində zor tətbiq etdiyi, polis müdaxiləsi ilə gənc qızın onun əlindən alındığı bildirilib.

Chosen
236
olay.az

1Sources