Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi Şimali Koreyanın demilitarizasiya bölgəsində tikinti işləri apardığını iddia edib.
Sfera.az xəbər verir ki, mənbə Şimali Koreyanın demilitarizasiya bölgəsindəki hərbi demarkasiya xətti ilə şimal demarkasiya xətti arasındakı bəzi ərazilərdə divar tikmək, qazıntı işləri aparmaq və yol çəkmək kimi fəaliyyətlər həyata keçirdiyini bildirilib.
Xatırladaq ki, Cənubi Koreya Baş Qərargahı iyunun 9-da təxminən 20 Şimali Koreya əsgərinin iki dövləti birləşdirən hərbi demarkasiya xəttini keçdiyi bildirib.
Firuzə Əliyeva