Qax rayonunun Tasmalı kəndi ərazisində 18 yeşik arı ailəsi yanaraq məhv olub, təsərrüfat sahibinə maddi ziyan dəyib.
Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, qəfildən baş verən yanğın yerinə yanğınsöndürən texnikalar cəlb olunub.
Tasmalı kənd sakini 1952-ci il təvəllüdlü Təmrazov Fərrux Şirin oğluna məxsus traktorun qoşqusuna yığılmış 18 yeşik arı ailələri və qoşqunun özü yanıb.
Bizim.Media