İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib ki, Ukrayna sammiti tərəflərə mübahisəni həll etməyə və onlara “sülh yolunda ilk addımları” atmağa imkan verəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini “İnterfaks” sitat gətirib.
Ukraynadakı münaqişənin Rusiyanın iştirakı olmadan həllinə dair sammit iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub.