Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman turnirində uğurlu çıxış edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, idmançı yarışda bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan samboçusu Rəsul Aydəmirov (98 kiloqram) da üçüncü yeri tutub. Multiidman turniri iyunun 24-dək davam edəcək. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur.