EN

Ukraynalı general: “Amerika mərmiləri rusların hücum tempini aşağı saldı”

“Amerika artilleriya mərmiləri artıq qabaqcıl Ukrayna bölmələrinin sərəncamına verilib və Rusiya hərbi əməliyyatlarının tempini azaltmağa başlayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini, general-leytenant İvan Qavrilyuk məlumat verib. Onun şərhini Britaniyanın Teleqraf qəzeti sitat gətirib.

Qavrilyuk həmçinin qeyd edib ki, sursatların tədarükü çox vacibdir, lakin ABŞ-ın apreldə vəd etdiyi silahların əksəriyyəti hələ də yoldadır. “Daha sonra Atlantik okeanını keçməli olan gəmiləri yükləmək üçün vaxt lazımdır. Amma biz artıq nəticələri görürük”.

Qavrilyuk söz verib ki, “Zaman keçdikcə hər şeyi yoluna qoysaq, üstünlüyə nail olacağıq”.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
115
konkret.az

1Sources