Bakı. TurkicWorld:
Norveç hakimiyyəti qış gələnə qədər Ukraynaya enerji sistemini bərpa etmək və elektrik enerjisi ilə təmin etmək üçün 103 milyon dollar göndərəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Qərb KİV-ləri Norveçin baş naziri Yonas Qar Störeyə istinadən bildirib.
"Biz bu vəsaitlərdən ən səmərəli şəkildə necə istifadə etmək barədə Ukrayna ilə sıx əlaqə saxlayırıq", - deyə o qeyd edib.
Baş nazir vurğulayıb ki, qışa qədər bərpa işlərinə başlanmalıdır. Eyni zamanda, Xarkov vilayətində təmirə 11,2 milyon dollar xərclənəcək; bir neçə yerdə günəş panellərinin quraşdırılması nəzərdə tutulub.