EN

İnam, güvən genetik imiş - Alimlərdən maraqlı araşdırma

Beynəlxalq elm adamları qrupu, inandırıcı olma meylinin genetik olduğunu bildiriblər.

"Kanal14.az" xəbər verir ki, maraqlı  elmi araşdırmda "Scientific Reports" jurnalında dərc olunub. 

Bildirilir ki, yad insanlara etibar etmək təkcə sosial və ya psixoloji xüsusiyyət deyil, DNT-dən irəli gəlir. 

Alimlər Danimarka qan donorluğu layihəsində iştirak edən 33 882 nəfərin məlumatlarını təhlil ediblər. Könüllülərdən onlara nə dərəcədə etibar etdiklərini göstərən anket doldurmaları istənilib. Bundan əlavə, genetik bir araşdırma aparılıb.  

Nəticədə elm adamları güvənin PLPP4 geni ilə sıx əlaqəli olduğunu müəyyən ediblər. Onlar həmçinin bildiriblər ki, güvənən insanlara skeptik həmyaşıdlarından daha uzun və daha sağlam ömür yaşaya bilər.

Tədqiqatlar göstərir ki, başqalarına güvənənlərin, hətta siqaret, yaşlılıq və cinsiyyət kimi faktorlara nəzarət etdikdən sonra da ürək xəstəliyi riski əhəmiyyətli dərəcədə azalır.

Elmi işin müəllifləri qeyd ediblər ki, "etibar geninin” kəşfi biologiya və sosial elmlər arasında körpü rolunu oynayır. Bu gen əsasən beyində ifadə olunur. Həmçinin bu, sinir yollarının və siqnal mexanizmlərinin formalaşmasında mühüm rol oynaya da bilər.


 

Chosen
307
3
kanal14.az

10Sources