"Bavariya" klubunda çıxış edən Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.
NUHÇIXAN "Opta Sports"a istinadən xəbər verir ki, hücumçu buna Almaniyada keçirilən Avropa çempionatının I turunda Serbiya komandası ilə görüşdə meydana çıxmaqla nail olub.
Forvard yığmada dünya və Avropa çempionatlarında ən çox matça çıxan oyunçudur. Əsas turnirlərdə 23-cü qarşılaşmasını keçirən Keyn bu göstəricidə Eşli Koulu geridə qoyub.
Qeyd edək ki, İngiltərə Serbiyanı minimal hesabla üstələyib - 1:0. AVRO-2024 iyulun 14-də başa çatacaq.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.