İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem komandanın qrup mərhələsinin ilk turunda Serbiya ilə oyununda (1:0) çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in futbolçusu matçın 13-cü dəqiqəsində millisini hesabda irəli çıxarıb və bu qələbə üçün kifayət edib.
"Yaxşı oyun alındı. Serbiya özünü yüksək keyfiyyətli, güclü komanda kimi göstərdi. Oyuna hazırlıqlı yanaşmaq vacibdir - heyətimiz üzərinə düşən vəzifələrin öhdəsindən gəldi. Hamımız öz rollarımızı bilirdik. Hamı müsbətdir, indi növbəti matça keçirik. Arxamda inanılmaz dəstəyim var”, - 20 yaşlı futbolçu BBC-yə açıqlamasında deyib.