Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu futbolçunun xidmətində maraqlı olan “Əl-Hilal”ın prezidenti Anmar Al-Haili açıqlayıb. O bildirib ki, ötən yay PSJ-dən ayrılan forvarda 1,4 milyard avroluq müqavilə təklif olunub. Messi isə MLS-də oynamağa üstünlük verib.
Qeyd edək ki, “İnter Mayami”yə azad agent kimi keçən argentinalı 29 oyunda 25 qol vurub.