EN

Bloger: Azərbaycan və Ermənistan arasında sülh sazişi COP29-dan əvvəl imzalana bilər

Azərbaycan və Ermənistan arasında sülh sazişi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) əvvəl imzalana bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə bloger Adnan Hüseyn \"X”də yazıb.

O bildirib ki, Ermənistan-Azərbaycan sərhədi boyunca demarkasiya olunmuş ərazilərdə tikanlı məftillər çəkilib:

\"Çətinliklər yaratmağa çalışan bəzi daxili və xarici amillərə baxmayaraq, bu addımlar prosesin müsbət istiqamətdə getdiyini göstərir.

Baş verənlər sülhün COP29-dan əvvəl və ya bu müddət ərzində imzalana biləcəyinə dair proqnozları gücləndirir”.

Qeyd edək ki, COP29 noyabr ayında Bakıda keçiriləcək.
Chosen
137
8
azxeber.com

8Sources