"Dünən 6 nəfər azyaşlı uşaq dəqiqləşdirilməmiş zəhərlənmə (mədə bağrsaq pozulması, qusma) diaqnozu ilə xəstəxanamızın Təcili yardım şöbəsinə gətirilib və ilikin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar".
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bərdə rayon mərkəzi xəstəxanası yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bərdədə 6 azyaşlı qidadan zəhərləndi
"Bununla bağlı tərəfimizdən müvafiq qurumlara (Qida təhlükəsizliyi agentliyinə, Polis şöbəsinə və 1003 xidmətinə) məlumat verilib.
Gətirənlərin deməsinə görə azyaşlılar doğum günü tədbirində olublar. Təkrar olaraq bu gün də ailələri ilə əlaqə saxlanılıb. Hər bir azyaşlının vəziyyəti stabildir. Onlardan götürülən nümunələr müayinə olunması üçün aidiyyəti üzrə göndərilib. Müayinənin nəticəsinə əsasən zəhərlənib-zəhərlənməmələri dəqiqləşdiriləcək", deyə açıqlamada bildirilir.
Bizim.Media