Qaynarinfo-nun məlumatına görə, oğurluq 1980-ci ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli Cəsarət Zamanov (şərti) tərəfindən törədilib.
Belə ki, Cəsarət Xətai rayonu, Gəncə prospekti 41/72 ünvanda yerləşən marketlərin birindən "Redbul” və "Snikers” şokoladları götürüb.
Həmin "Redbul” və "Snikers”i imkanı olmadığı üçün bazarda tanımadığı şəxsə verib, əvəzində süd və qatıq alıb.
O, məhkəmədə əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə o, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 20 gün həbs edilib.
Əhməd