EN

Vaxtında ağıllı tərpənib səhmini 5-10 dollara alıblar – İNDİ QİYMƏTİ 1300 DOLLARDIR

Xəbər verildiyi kimi, hazırda dünyanın fond bazarında ən sürətlə bahalaşan qiymətli kağızlardan biri də süni intellekt üçün çiplər hazırlayan «Nvidia» şirkətinin səhmləridir.

«NVİDİA»nın səhmləri 1000 dolları keçdi, bazar dəyəri Almaniyanın - BÜTÜN ŞİRKƏTLƏRİNİ ÜSTƏLƏDİ

FED.az-ın məlumatına görə, son 5 ildə şirkətin səhmləri 36 dəfə bahalaşıb. Təkcə son bir ildə «Nvidia»nın səhmlərinin qiyməti 3 dəfə artaraq 420 dollardan 1320 dollara çatıb. Hətta ilin əvvəlindən indiyədək səhmin qiymətində 2,7 dəfə artım baş verib. Hazırda «Nvidia»nın səhmləri 1320 dollar ətrafındadır.

Xatırladaq ki, şirkətin səhmlərinin qiyməti 2022-ci ilin əvvəlində 5,8 dollar, 2005-ci ildə 1,8 dollar, 2010-cu ilin əvvəlində 4,1 dollar, 2016-cı ildə 8,2 dollar, 2020-ci ilin əvvəlində 60 dollar, 2022-ci ildə 260 dollar və sair olub. 2024-cü ilin əvvəlində isə səhmin qiyməti 490 dollara çatmışdı.

Azərbaycanda oturub “Tesla”, “Apple” və “Nvidia”nın səhmini necə alaq? – Şirkətlərin Təklifləri – SİYAHI, QİYMƏTLƏR

«Nvidia»nın səhmiləri ilə baş verənlər göstərir ki, bu kağızlara yatırım etmək investorlar üçün heç vaxt gec olmayıb.

Bəzi investorlar isə «Nvidia»nın səhmlərinə hələ 5-10 dollar olduqda yatırım ediblər. Onların bu yatırımdan necə faydalandığını demək artıqdır. Vaxtında edilmiş yatırım həmin investorlara milyonlarla gəlir gətirir. Onların əksəriyyətinin yeni maşınları, dənizdə istirahəti və arzuladığı evlərə sahibdirlər.

Qeyd edək ki, bir həftə əvvəl «Nvidia»nın səhmləri 10-a bölünüb və hazırda hər səhm təqribən 132 dollardır, amma bu yenilik əvvəlki səhm sahibləri üçün heç nəyi dəyişməyib, onların əvvəl  sahib olduğu 1320 dollarlıq səhmi yenə də 10 ədəd 132 dollarlıq səhm kimi onlara məxsusdur. Beləliklə…

«Nvidia»nın bazar dəyəri artıq İtaliyanın ÜDM-ni üstələyib - «APPLE»I DA KEÇƏCƏK - YENİ QİYMƏT

Nyu-Cersidən olan 48 yaşlı investor Tom «Nvidia»nın səhmlərini ilk dəfə 2011-ci ildə, səhmin qiyməti 5 dollar olanda alıb (indiki qiymət 1320 dollar). Həmin vaxt Tom bu səhmlərə 120 dollar xərcləyib və 2400 ədəd səhm alıb. 2022-ci ildə Tom yenidən bu səhmlərə 50 min dollar ytaırıb. Nəticədə indi ona məxsus səhmlərin ümumi qiyməti 3 milyon dollardan artıqdır. Tom bildirib ki, «Nvidia»nın səhmlərini satmayıb, əksəriyyəti olduğu kimi qalıb. Onun sözlərinə görə, şirkətin bahalaşacağını gözləyirmiş: «Onlar qrafik prosessorların ilk istehsalçılarından idilər, mən ümumiyyətlə texnikadan  çox də məlumatlı deyiləm, amma hiss edirdim ki, nə vaxtsa qrafik prosessorlar bahalaşacaq».

Qeyd edək ki, «Nvidia» əvvəllər oyun aparatları istehsalı ilə məşhur idi. Onun süni intellekt «kralına» çevrilməsi bir anda baş verdi – koronavirus vaxtı oyunçular öz konsollarını daha yeni və daha geniş imkanları olan «Nvidia» prosessorları ilə əvəz etməyə çatışdılar.

Şirkət elə böyük gəlirlə işləyir ki - İLDƏ 1 MİLYON QAZANAN İŞÇİLƏRİ TƏNBƏLLƏŞİB

2022-ci ilin noyabrında isə «OpenAI ChatGPT»nin tətbiqi «Nvidia»nın səhmlərini partlatdı. Məsələ bundadır ki, süni intellekt proqramlarıı ilə işləyə bilən yeganə prosessorları məhz o istehsal edə bilirdi.

«Vanda Research» şirkətinin araşdırmasına görə, hazırda «Nvidia»nın səhmləri  özəl investorların səhm portfelində ciddi yer tutmağa başlayıb və bu məsələdə indiyədək məşhur olan «Apple», «Tesla» və «SPY»-nın səhmlərini geridə qoyub.

«Nvidia»nın səhmlərini vaxtiında  almış xoşbəxt investorlardan biri də «Invest Diva» şirkətinin sahibi, 40 yaşlı Kiana Danialdır. Bu şirkət xanımlara öz maliyyə gələcəyini nəzarətə götürməyə və varlanmaq mövzularında kömək edir. Danial «Nvidia» haqqında ilk dəfə 2015-ci ildə, ailə qurduqdan sonra eşitmişdi. Onnu həyat yoldaşı, investor və ya birja ilə maraqlanan biri deyildi, sadəcə o boş vaxtlarında davamlı oyun oynayırdı. Danial başa düşüb ki, əri və onun dostlarının davamlı istifadə etdiyi məhsulun istehsalçısı perspektivli ola bilər. Ona görə də «Nvidia»nın səhmlərinə yatırım etməyi qərara alıb. 2015-ci ildən başlayaraq o hər ay «Nvidia»nın 10 səhmini alıb. Hətta həmin səhmlər ucuzlaşanda da Danial səhmləri almağı dayandırmayıb. Bu səhmlər ailəyə böyük gəlir gətirib.

Nəticədə ailə 2023-də səhmlərin bir hissəsini – 800 səhmi 189 min dollara sataraq özünə böyük ev alıb. Amma onun hələ 323 səhmi var – indiki qiymətlərlə bu 426 min dollardır və Danial bu səhmləri satmaq niyyətində deyil.

Ümumiyyətlə, «Nvidia»nın səhmlərinə yatırım edən investorlanqın əksəriyyəti bildirib ki, onlar ilkin dövrlərdə «Nvidia»nın səhmlərini məhz qeymerlər arasında məşhur olduğuna görə alıblar.

«Nvidia»nın varlandırdığı digər şəxs Texasdan olan 36 yaşlı investor Rikdir. O «Nvidia» səhmlərini 2019-cu ildən almağa başlayıb və «zarafatla yatırım edirəm» deyərək bu səhmlərə 600 dollar yatırıb, indi həmin səhmlərin qiyməti 150 min dollardır.

Düzgün yatırım Rik-in həyatını dəyişib. «Nvidia»nın səhmlərinin cüzi hissəsini sataraq özünə maşın alıb, bir neçə gün əvvəl isə  ailəsi ilə Kosta-Rikaya 14 min dollarlıq səyahətə çıxıb.

Nəhayət, «Nvidia»nın böyük gəlir gətirdiyi şəxslərdən biri də Kris Daunsdur. Missuridən olan 66 yaşlı riyaziyyat müəllimi öz riyazi biliyi və məntiqini səhmlərə tətbiq edib və səhv etməyib. «COVID-19» zamanı öz kompüterinə videkart alan Kris cihazın qiymətindən şoka düşübğ və hökmən bu şirkətin səhminə yatırım etməyi qərara alıb. 2020-ci ilin martında o «Nvidia»nın 112 səhmini 79 dollardan alıb. 2023-cü ilin iyulunda isə həmin səhmlərin 28-ni 436 dollardan satıb.

Nəticədə indi onun 84 səhmi var ki, onların ümumi qiyməti 110 dollardan artıqdır. «Artıq pensiyamı təmin etmişəm, daha bu məsələdə narahat deyiləm» - deyə keçmiş riyaziyyat müəllimi yatırımın faydasını qeyd edir.

Chosen
230
fed.az

1Sources