EN

Qəbul imtahanlarında keçid balları artacaq? – Ekspertdən AÇIQLAMAVİDEO

Ali məktəblərə qəbul imtahanlarının 1-ci cəhdində bəzi ixtisaslar üzrə zəif nəticə göstərən abituriyentlərin sayı üstünlük təşkil edir.

Xezerxeber.az xəbər verir ki, bu mənzərə xüsusilə 2-ci və 3-cü ixtisas qruplarında daha çox hiss olunur. Mövcud vəziyyət qəbul imtahanlarının 2-ci cəhdində sualların hansı səviyyədə olacağını gündəmə gətirir.

Təhsil eksperti Rizvan Fikrətoğlu deyir ki, nəticələrin zəif olması sualların çətinliyi ilə əlaqədardır.

Ekspert hesab edir ki, qəbul imtahanlarının ikinci cəhdində dövlət imtahan mərkəzi balansı qoruyacaq.

Onun sözlərinə görə, qəbul imtahanlarının 2-ci cəhdində bəzi qruplarda əvvəlki illərlə müqayisədə daha ciddi rəqabətin olacağı gözlənilir. Bəzi ixtisaslar üzrə isə balların yüksələcəyi də istisna deyil.

Rizvan Fikrətoğlu deyir ki, nəticələrin zəif olması sualların çətinliyi ilə əlaqədardır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
155
36
xezerxeber.az

10Sources