ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərinin şimalında baş verən yanğın zamanı 14625 dekar ərazi külə dönüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Los-Anceles şəhərinin şimalındakı meşə sahəsində başlayan yanğınla əlaqədar 1200 adam evlərindən təxliyə edilib
Səlahiyyətlilər yüksək temperatur, aşağı rütubət və güclü külək səbəbindən yanğının hələ də nəzarət altına alınmadığını bildirib.