EN

Hamburqda insident

Avropa çempionatının Polşa - Niderland matçından əvvəl insident baş verib.

“Football-plus.az” xəvər verir ki, iyunun 16-da Hamburqda keçirilən oyundan əvvəl küçədə əlində külüng və yanğınsöndürən balonu olan bir nəfər polisə hücum etmək istəyib. Əvvəlcə bibər qazından istifadə edən polislər sonra insident törədən şəxsə güllə açıblar. Ayağından xəsarat alan həmin şəxs xəstəxanaya çatdırılıb. İlkin məlumatda onun azarkeş olub-olmamasına aydınlıq gətirilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
102
football-plus.az

1Sources