Planetimizdə 3 milyarddan çox insan iqlim dəyişikliyindən xüsusilə əziyyət çəkir.
APA xəbər ki, bunu jurnalistlərə açıqlamasında “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının idarəedici direktoru Kelli Uillis deyib.
O bildirib ki, həmin insanlar xüsusi həssas qruplar sayılır:
“Lakin bununla belə biz hamımız iqlim dəyişikliklərinin mənfi nəticələrindən təsirlənirik. Buna görə səhiyyə sahəsinə də investisiya qoyulmalıdır ki, məhz həmin insanlar bu dəyişikliklərə müqavimət göstərə bilsinlər".
"BMT-yə üzv dövlətlər öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Bu xüsusilə də istixana qaz effektlərinin azaldılması, dayanıqlı bərpa edilən enerji sektoruna keçidi özündə ehtiva edir", - deyə o qeyd edib.