EN

Türkan Vəlizadə Gəncəyə KÖÇÜB? – VİDEO 

Müğənni Türkan Vəlizadə valideynlərinin arzusunu gerçəkləşdirib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb. 

Türkan bildirib ki, atası və anası üçün Gəncədə həyət evi alıb: 

“Anam və atam Bakıda deyillər, artıq Gəncədədirlər. Mən onların illərlə arzuladıqlarını gerçəkləşdirmişəm. Onlara Gəncədə həyət evi aldım, hədiyyə etdim. Artıq iki aydır ki, onlar Gəncədədirlər və həmin bağ evinin təmiri ilə məşğuldurlar. O ev hazır olandan sonra sizi də orada qonaq edəcəyəm. Amma inanmıram ki, onlar uzun müddət orada qalıb yaşasınlar. Çünki anam, atam heç zaman məni və bacımı tək qoymazlar. Bu yayı biz ailəlikcə Gəncədə, həmin evdə keçirəcəyik. Gəncədə olacağam, bir də ki, Bakıdakı bağ evimdə. Builki yayımı xarici ölkədə keçirməyəcəyəm. Çünki pulum azdır (gülür). Həmin Gəncədəki ev və onun təmirinin xərclərinin hamısı mənim üzərimdədir. Buna görə də əlavə xərc çəkmək istəmirəm”. 
 

Rəşad Əliyev, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
124
6
bizim.media

7Sources