EN

500 nəfərdən artıq hacı həlak olub

Hurriyyet.az "Lent.ru" portalına istinadla xəbər verir ki, müqəddəs Məkkə şəhərində 500 nəfərdən artıq ziyarətçinin həlak olduqları bildirilir. Səbəb Səudiyyə Ərəbistanında mövcud olan anormal temperaturdur - havanın istiliyi 50 dərəcəni keçib.

Diplomatların məlumatına görə, ölüm sayının bu qədər çox olmasının səbəbi qeydiyyatdan keçməmiş çox sayda ziyarətçinin olmasıdır - onların gəlişi ziyarətçilərə yardım düşərgələrində xaosa səbəb olub.

Səudiyyə diplomatlarının məlumatına görə, həlak olanların azı 323 nəfəri Misirdən gedənlər olub. Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi Qahirə ilə Səudiyyə hakimiyyətlərinin həcc ziyarəti zamanı itkin düşmüş misirlilərin axtarışında əməkdaşlıq etdiklərini xəbər verib.

Həmçinin, İordaniyadan olan azı 60 ziyarətçinin həlak olduğu bildirilir. Tehran rəsmən 5 iranlı ziyarətçinin, Dakar isə 3 nəfər seneqallının həlak olduğunu bəyan edib.

Hürr Tərcüman

 

Chosen
13
50
hurriyyet.az

10Sources