EN

"Putin KXDR-ə gəlib, bu "dostluğun" nəticələri necə olacaq?" - CNN

 
"Putin Pxenyanla münasibətlərə nüvə müharibəsi kabusunu yüksəltmək üsulu kimi baxır və dünyaya Moskvanın tənha olmadığını göstərmək istəyir..."
 
Kim Çen In Rusiyanın qabaqcıl silah və texnologiyalarına çıxış əldə etmək istəyir
 
Putinin Şimali Koreyaya səfərinin nəticələri Ukraynada döyüş meydanı hüdudlarından çox uzaqlara gedib çıxacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.
 
Nəşr yazıb ki, bu, Qərbə və onun müttəfiqlərinə ümumi düşmənçiliyə əsaslanan tərəfdaşlığa doğru atılan əhəmiyyətli addımdır və hər iki liderin imkanlarını genişləndirir və qlobal qırılma xətlərini dərinləşdirir.
 
"İki ölkə arasındakı münasibətlər, sadəcə, zərurət deyil. Biz görürük ki, iki dövlət getdikcə daha da razılaşdırılmış vahid cəbhə formlaşdıraraq ABŞ və Qərbə qarşı çıxır", - bunu Oksford Universitetində siyasət müəllimi Edvard Hauell deyib.
 
Putin Çin lideri Si Tszininlə görüşdən və Qərb liderlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı öz həmrəyliyini nümayiş etdirdikləri G7 sammitindən sonra Kim Çen Inı ziyarət edib.
 
Bu arada isə Şimali Koreya ABŞ, Cənubi Koreya və Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığa qarşı çıxır.
 
Sentayabr ayında Kim Çen In Rusiyaya gəlib, artıq tez bir zamandan sonra Rusiyanın işğalçı ordusu Şimali Koreyadan döyüş sursarları və raketlər alıb.
 
Bunlar Moskvaya öz ehtiyatlarını doldurmağa və Qərbin Ukraynaya dəstəyi ilə ayaqlaşmağa imkan verib. Ekspertlər hesab edir ki, bu saziş KXDR-ə öz silahının imkanlarının gerçək mənzərəsini görməyə, habelə ixracını artırmağa imkan verə bilər.
 
Cənubi Koreya məmularının sözlərinə görə, onlar Moskvadan ərzaq və zəruri mallar alır. Putin həmin görüşdə bəyan edib ki, onlar Şimali Koreyaya kosmik və peyk proqramlarının inkişafında yardım göstərməyə hazırdır. Artıq bir neçə həftədən sonra Şimali Koreyanın "Malliqyonq-1" hərbi kəşfiyyat peykinin uğurlu buraxılışı baş tutub.
 
Ekspertlər hesab edir ki, Kim Çen In Rusiyanın uranın zənginləşdirilməsi, reaktorların dizaynı və ya sualtı qayıqlar üçün nüvə mühərrikləri ilə bağlı bir sıra qabaqcıl silah və texnologiyalarına çıxış əldə etmək istəyir. O, hesab edə bilər ki, bu, sadəcə, öz rejiminin sağ qalması üçün zəruridir.
 
"Carnegie Endowment for İnternational Peace" analitik mərkəzinin nüvə siyasəti məsələləri üzrə proqramının baş elmi əməkdaşı Ankit Panda Putinin nüvə texnologiyaları sahəsində əməkdaşlığa təşəbbüs göstərməyə o qədər də çalışmayacağını düşünür.
 
Çünki Rusiya "daha az həssas" texnologiyalarla, məsələn, radarlar və ya zenit-raket komplekslərinin təkmilləşdirilməsi ilə bölüşə bilər.
 
Eyni zamanda o, bu səfərdən istifadə edərək, KXDR-in dəstəyini qazana bilər, həmçinin dünyaya Moskvanın tənha olmadığını göstərə bilər. 
 
"Putin vurğulayır ki, Rusiyanın dostları var və Ukrayna üçün müharibənin uduşlu olmayacağı ideyasını təbliğ edir, çünki Rusiyanın silahı tükənməyəcək", - bunu Silahlar və yayılmamaq üzərində nəzarət Mərkəzinin siyasət məsələləri üzrə baş direktoru Con Erat hesab edir.
 
Onun fikrincə, Moskva hakimi Kim Çen Inla münasibətlərə Vaşinqton və Cənubi Koreyanın narahatlığından istifadə edərək "nüvə müharibəsi kabusunu yüksəltmək" üsulu kumi baxa bulər ki, bu da Ukraynanın müttəfiqlərini Rusiyanın şərtləri daxilində danışıqlara getməyə onu vadar edər.
Chosen
194
50
moderator.az

10Sources