EN

Fransa polisi Yeni Kaledoniyadakı etirazlara rəhbərlik edən liderlərdən birini həbs edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa polisinin keçirdiyi əməliyyat nəticəsində Yeni Kaledoniyada milli azadlıq hərəkatının liderlərindən biri, Kaledoniya İttifaqı Partiyasının prezidenti Ten Kristian və daha səkkiz fəal saxlanılıblar.
"Haber Global" televiziya kanalında yayımlanan süjetdə qeyd olunur ki, həbsindən əvvəl Ten Kristian mətbuat konfransı keçirərək müstəmləkəçilik siyasətindən əziyyət çəkən yerli sakinlərə müraciət etməyə hazırlaşıb. Bundan xəbər tutan Fransa polisi adada xüsusi əməliyyat həyata keçirərək onu həbs edib.
Qeyd olunur ki, Fransa Prezidenti Emmanuel Makronun Yeni Kaledoniyaya səfəri zamanı görüşdüyü yerli fəallar arasında Ten Kristian da olub.
Chosen
126
50
oxu.az

10Sources