EN

Ərəb turistlər yenidən Azərbaycana üz tutur- TƏHLİL

Ərəb turistlərin ölkəmizə marağı yenidən çoxalıb. Maraqlısı da odur ki, bunda bir dinamika var.Ümumilkdə, Azərbaycana gələn ərəb turistlərinin sayında kəskin artım qeydə alınıb. 3 illik azalmadan sonra isə Körfəz dövlətlərindən Azərbaycana gələnlərin sayı yenidən artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 5 ayında əvvəlk ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfərə çatıb. Bu dövrdə Avropa İttifaqıdan və MDB gələnlərin sayında isə dəfə deyil faiz artımları qeydə alınıb: uyğun olaraq 31,1 və 24,0 faiz.

Mövzu ilə bağlı News365.az –a danışan Millət vəkili Vüqar Bayramov bildirib ki, Körfəz dövlətlərindən gələnlərinin sayının artması turzim mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır:

“Bütövlükdə, bu ilin yanvar-may aylarında Azərbaycana 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox tursit gəlib. Gələnlərin 28,8 faizi Rusiya, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3,0 faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur.

Hindistandan gələn turistlərin sayındakı artımlar bu ölkəni ilk üçlüyə daxil olmasına səbəb olub. İndiyədək Azərbaycana ən çox turistin gəldiyi 3 ölkə yalnız qonşu dövlətlər olurdu.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan - 2,6 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Bəhreyndən - 1,7 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə artıb”.

İlhamə Qiyas, News365.az


Chosen
130
14
news365.az

10Sources