EN

Azərbaycanda qadınların iştirakçılığı sahəsində vəziyyət necədir?

Son iki ildə yerli icra hakimiyyətləri yanında yaradılmış İctimai Şuralarda qadın üzvlərinin sayı 5 faizdən çox artıb. 47  rayon icra hakmiyyəti yanında yaradılmış İctimai Şuraldan toplanmış məlumatlara əsasə üzvlərin 29.4% qadın üzvlər təşkil edib. Bu İctimai Şuraların  6.4% -də qadın üzvlər sədr, 29.8% də sədr müavini, 46.8% isə katib vəzifələrini tuturlar.  İctimai Şuralarda 30 yaşdan aşağı qadın üzvlərin sayı çox azdır. Orta yaş və 60 yaşdan yuxarı  olan qadın üzvlər çoxluq təşkil edir.

 

Mərkəzi icra hakmiyyəti orqanları yanında yaradılmış İctimai Şuralarda isə qadın iştirakçlığı ilə bağlı vəziyyət nisbətən qənaətbəxşdir.  19 mərkəzi icra hakmiyyəti və publik hüquqi şəxslər, dövlət şirkətləri  yanında yaradılmış   İctimai Şuralarda qadın üzvlərin sayı 31.4% təşkil edir. Onların 15.8% sədr, 21.2% müavin, 65% isə katib vəzifəsini tuturlar.

 

Viral.az xəbər verir ki, bu məlumatlar “Konstitusiya” Araşdırmalar Fondunun hazırladığı  “Azərbaycanda qadınların iştirakçılığı sahəsində mövcud vəziyyət”  mövzusunda araşdırma hesabatının nəticələrinin ictimai müzakirəsində sələndirilib.  

 

Araşdırma hesabatı Fondun həyata keçirdiyi “Qadınların ictimai iştirakçılıqda rolunun gücləndirilməsi” təşəbbüsü çərçivəsində hazırlanıb. Hesabat Azərbaycanda qadınların iştirakçılığı sahəsində vəziyyətin qiymətləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin icmalına həsr edilmiş və təhlil nəticəsində təklifləri özündə ehtiva edir. Araşdırma nəticəsində Azərbaycanda qadınların iştirakçılığının genişləndirilməsini məhdudlaşdıran, əngəl olan məqamlar müəyyən edilmişdir. Həmin mənfi halların aradan qaldırılması məqsədilə Finlandiya, Avstraliya, İsveçrə, Ukrayna, Gürcüstan, İspaniya, Fransa, Belçikanın yaxşı təcrübəsinə istinad edilmişdir.

 

Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf  Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” proqramının dəstəyi ilə icra olunur.

 

12 iyun 2024-cü il tarixində Mercure Hotel Bakuda keçirilən tədbirdə hesabatın nəticələri müzakirə edilib. İctimai müzakirədə İqtisadiyyat, Gənclər və İdman, Təhsil nazirliklərinin,  Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Sosial Tədqiqatlar Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lər, UNDP, AŞ Bakı ofisi, Milli Məclis və Ombudsman nümayəndələri, müstəqil ekspertlər iştirak ediblər. Ümumilikdə, ictimai müzakirəyə 60 iştirakçı qatılıb.

 

Açılış nitqində “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, BMT DİM-lərin əsas devizinin “Heç kim kənarda qalmasın” reallaşması üçün iştirakçılıq təcrübəsinin geniş yayılması və mədəniyyətimizin bir parçası olması çox vacibdir. İştirakçılıq yalnız ictimai əhəmiyyətli qərarların hazırlanması, qəbulu, icrası prosesinin fəal, real   iştirakçı olmaq deyil, həm də məsuliyyətli bir vətəndaş kimi yetişməkdir. Məsuliyyətli vətəndaş kimi özünü dərketmək, dövlətin, cəmiyyətin inkişafı üçün öz məsuliyyətini anlamaq və bu məsuliyyətə uyğun davranış sərgiləməkdir. Bu kontekstdə qadın iştirakçılığı xüsusi məna kəsb edir, qadın iştirakçılığının gücləndirilməsi bizim cəmiyyətə qadın hüquqları, gender bərabərliyi ilə əlaqədar problemlərimizin həllində əsas vasitədir. Məhz ictimai iştirakçılığa təcrübəsi xanımlarımızın cəmiyyətimizin passinoar subyektinə çevrilməsi, səlahiyyətlənmə yolunda ilk və effektiv addım kimi  baxmalıyıq. İctimai iştirakçılıq təcrübəsi əldə edən xanımlar həm icma, həm də dövlət idarəçiliyinin müxətlif səviyyələrində qərarvermə prosesində aktiv rol almaq üçün daha hazırlıqlı, obrazlı desək, daha rəqabətədavamlı olacaqlar.

 

İctimai müzakirədə layihə eksperti hüquq üzrə fəlsəfə doktoru, dosent, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, Gülnaz xanım Ələsgərova ümumilikdə, qadın iştirakçılığına ümumi qanunvericlik prizmasından baxışı təqdim edib. Layihənin digər eksperti Zaur İbrahimli isə İctimai Şuralarda qadınların təmsilçiliyi və gələcyə baxışla bağlı ideyaları bölüşüb.

 

Daha sonra QHT, dövlət qurumları nümayəndələri, müstəqil ekspertlər öz rəy və təklifləri ilə bölüşüblər. QHT-lər dövlət qurumlarına öz qeydlərini təqdim ediblər, dövlət qurumları isə gözləntiləri barədə məlumat veriblər.

 

Tədbirin sonunda Ə.Nuriyev qeyd edib ki, rəy və təkliflər nəzərə alındıqdan sonra hesabat təkmilləşdiriləcək və dövlət qurumları daxil olmaqla, bütün maraqlı tərəflərə təqdim ediləcək.

 

Hesabatın ilkin versiyası ilə “Konstitusiya” Araşdırmalar Fondunun saytından aşağıdakı kink vaitəsilə tanış ola bilərsiniz:

//kafondu.org/?p=346

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Chosen
112
5
viral.az

5Sources