EN

Risklərin idarə olunmasında özünü təsdiq etmiş mexanizm sığortadır -EKSPERT/ÖZƏL

İlk növbədə bunu qeyd edək ki, risklər həyatın hər bir sahəsində vardır. İstər iqtisadi fəaliyyət sahələrində, istər digər sahələrdə, o cümlədən də həyatın özündə. Risklərin doğru idarə olunması özü ən vacib, ən önəmli bir məsələdir. Risklərin idarə olunması üçün bir neçə əsas forması vardır.   

Bu fikirləri “İki sahil”ə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirdi.

Ekspert qeyd etdi ki, risklərin idarə olunmasında sığorta mexanizminin tətbiqi bütün dünyada özünü ən geniş təsdiq etmiş bir mexanizmdir. Məsələyə bu kontekstdən yanaşdıqda biz məhz həyat sığortalarının da rolunu artıq başa düşmüş oluruq. Yəni burada həyat sığortasının bir neçə məhsulu vardır. Bunlardan Azərbaycanda daha çox istifadə olunan birbaşa yaşam sığortasıdır. Bu sığortada düşünürəm ki, bir sığorta məhsulu olaraq alternativ həyatın yaşam sığortasından söhbət gedir. Alternativ maliyyələşdirmə forması kimi də çıxış edir. 

Eldəniz Əmirov vurğuladı ki, bu, insanlara əməkhaqqından tutulan vergi və sosial sığorta ödənişlərinin geri qayıtmasını təmin edir. Eyni zamanda, insan həyatının özü də həmin müddət ərzində sığortalı olur. 

Cavid Əkbər, "İki sahil"

Chosen
130
ikisahil.az

1Sources