EN

Bu insanlar COVID-ə yoluxmur -Alimlər şokdadır

Britaniya alimləri apardıqları elmi araşdırma zamanı bəzi insanların virusa məruz qalmasına baxmayaraq, COVID-19-a yoluxmadığını müəyyən ediblər.

Medicina.az xəbər verir ki, buna həmin insanların burunlarındakı xüsusi hüceyrələrin səbəb olduğu üzə çıxıb. Belə ki, bəhs edilən hüceyrələr virusu yayılmadan əvvəl fərq edir və orqanizm virusa məruz qalmadan əvvəl HLA-DQA2 adlı genin yüksək səviyyəyə çatmasına səbəb olurlar.

“Imperial College London”da aparılan araşdırma göstərib ki, COVID-19-a səbəb olan virus (SARS-CoV-2) ilə mübarizə apara bilən insanlar davamlı xəstəlikdən qaçmağa kömək edən unikal immun reaksiyalara malikdirlər.

Şəxslərin virusa məruz qalmadan əvvəl və sonra müayinə edilmələri nəticəsində əldə edilən tapıntılara görə, burun qişasındakı lokal immun reaksiya bəzi fərdləri virusdan daha yaxşı qoruyur.

“Virusdan dərhal xilas olan şəxslərdə tipik geniş yayılmış immun reaksiya görünmədi. Bunun əvəzinə, burunda əvvəllər görülməmiş xüsusi immun reaksiyalar meydana gəldi", - deyə alimlər qeyd ediblər.

Tədqiqatçılar vurğulayıblar ki, virusa məruz qalmadan əvvəl orqanizmdə HLA-DQA2 adlı genin yüksək səviyyədə olması insanları uzunmüddətli infeksiyalardan qoruyur.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
medicina.az

1Sources