1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün AVRO-2024-ün D və E qruplarında mübarizə aparan komandalar meydana çıxacaqlar.
Oxu.Az xəbər verir ki, günün böyük maraqla gözlənilən görüşündə Niderland Fransanı qəbul edəcək. Digər oyunlarda isə Polşa Avstriya ilə, Slovakiya isə Ukrayna ilə üz-üzə gələcək.
Hazırda aktivində hərəyə 3 xalı olan Niderland və Fransa milliləri liderlik postunu ələ keçirmək və növbəti mərhələyə yüksəlmə şansını artırmaq üçün bu gecə meydana qələbə əzmi ilə çıxacaqlar. Nominal meydan sahiblərinin üstünlüyü isə Fransanın hücum xəttində Kilian Mbappenin yoxluğu olacaq. Təcrübəli futbolçu burnundan aldığı xəsarət üzündən görüşü buraxmalı olacaq. Niderlandlılar isə fürsətdən layiqincə yararlanmağa çalışacaqlar.
D qrupunun digər görüşündə isə xalsız olan Polşa və Avstriya milliləri qarşılaşacaqlar. Hər iki komanda xal ehtiyatını artıraraq növbəti mərhələyə yüksəlmək niyyətindədir.
E qrupunda isə Slovakiya ilə Ukrayna milliləri üz-üzə gələcəklər. Belçika ilə görüşdə inamlı təsir bağışlayaraq qalib gələn slovakiyalılar Ukrayna ilə görüşdə də etimadı doğrultmağa çalışacaqlar. Rumıniya ilə matçda gözlənilmədən böyük hesabla məğlub olan ukraynalılar isə bu dəfə azarkeşlərini sevindirmək üçün meydana çıxacaqlar.
21 iyun
Slovakiya - Ukrayna
Saat 17:00, "Merkur Spiel-Arena"
Polşa - Avstriya
Saat 20:00, "Olympiastadion"
Niderland - Fransa
Saat 23:00, "Red Bull Arena"