EN

Bu üç ölkə razılaşdı: Dəhliz yaradılır

Norveç, Finlandiya və İsveç hərbi nəqliyyat dəhlizinin yaradılması barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bunu İsveç hökumətinin başçısı Ulf Kristersson və Finlandiya prezidenti Alexander Stubb ilə görüşdən sonra Norveçin baş naziri Yonas Qahr Stör deyib. Onun bəyanatı ölkənin Nazirlər Kabinetinin saytında yerləşdirilib.

Siyasətçilər təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı danışıqlar aparıblar. Nəticədə üç dövlətin şimal ərazilərini birləşdirəcək dəhlizin yaradılması qərara alınıb.

Yonas Stör aydınlaşdırıb ki, bu, İsveç və Finlandiya vasitəsilə Norveç limanlarından hərbi personal və texnikanın sürətlə köçürülməsinə imkan verəcək.

Chosen
177
publika.az

1Sources