EN

İH: Gəncədə güclü küləyin fəsadlarının aradan qaldırılması işləri yekunlşamaq üzrədir

Ötən gün axşam saatlarından başlayaraq Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti Gəncədə bir sıra fəsadlar törədib.

Gəncə İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, əsən güclü külək nəticəsində şəhərin bir sıra ərazilərində 50-dən artıq iri gövdəli ağaclar aşıb, bəzi ağacların isə budaqları sınıb. Nəticədə 5 avtomobilə ziyan dəyib.

Bununla yanaşı, şəhərinin Nizami Gəncəvi prospektində yerləşən obyektlərdən birinin dam örtüyü qoparaq yolun hərəkət hissəsinə düşüb. Bu da nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Yola düşən dam örtüyü Gəncə şəhər MKTİB-in xüsusi texnikaları vasitəsilə götürülüb və prospektdə nəqliyyatın hərəkəti bərpa edilib. Güclü külək eyni zamanda 3 evin də dam örtüyünü dağıdıb.

Ötən gün axşam şəhərin bəzi ərazilərində elekrik enerjisinin verilməsində fasilə yaranıb. Bunun da səbəbi iki istiqamətdə yüksəkm gərginlikli xəttin qırılması olub. Baş vermiş qəza aradan qaldırılıb və şəhərdə elektrik enerjisinin verilişi bərpa edilib.

Qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına uyğun olaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları küləyin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlər yekunlşamaq üzrədir.


Chosen
186
35
apa.az

10Sources