EN

Avropa Birliyi Azərbaycanla pozulmuş əməkdaşlığı bərpa etmək niyyətindədir- ÖZƏL

"Azərbaycan hal-hazırda elə bir regional gücdür ki, onunla bütün dövlətlər, qüvvələr əməkdaşlıq etmək istəyirlər və Avropa Birliyi də Azərbaycanla pozulmuş əməkdaşlığı bərpa etmək niyyətindədir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Bununla bağlı təşəbbüsləri artıq görürük. Azərbaycanın regiondankı mövqeyi çox müsbətdir və daha da inkişaf edir. Artıq Azərbaycan regionda açar rolunu oynayır. Regiona daxil olmaq istəyən, regionda layihələr həyata keçirmək istəyən istənilən qüvvə Azərbaycanla hesablaşmalıdır. Bunu da hər kəs dərk edir, o cümlədən Avropa Birliyi də. Avropa Birliyi ilə Azərbaycan arasında xarici və təhlükəsizlik siyasəti məsələləri ilə bağlı mübadiləni davam etdirmək barədə əldə olunmuş razılıq kifayət qədər müsbət məqamdır. Brüssel və Bakı arasındakı münasibətlərin artıq istiləşməyə doğru getdiyinin şahidi oluruq. Münasibətlərin korlanması Avropa qurumlarının qərəzi, ikili mövqeyi səbəbindən baş vermişdi. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Ermənistanın xeyrinə fəaliyyət göstərən həmin qurumlar Azərbaycana qarşı qərəzli, lazım olmayan mövqedən çıxış etdilər. Bu da istər-istəməz rəsmi Bakıda məyusluq yaradırdı. Nəticə etibarı ilə də münasibətlərin pozulmasına gətirib çıxardı. Avropa Birliyi liderlərinin qərəzli açıqlamaları, AŞPA-nın Azərbaycana qarşı ədalətsiz mövqeyi, əldə olunan razılaşmalar, ədalətsiz yanaşmalar özlüyündə bizim Avropaya olan inamımızın kəskin şəkildə zədələnməsinə səbəb oldu. Biz, qarşımızda ədalətli, demokratik, humanist bir Avropa görmək istədiyimiz halda, qarşımızda ədalətsiz, qeyri-humanist, Ermənistanın tərəfində duran, zalımın zülmünü görməyən Avropa gördük. Regionun açar dövləti Azərbaycandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
148
olaylar.az

1Sources