Qəzza zolağında hədəfə atəş açan İsrail Müdafiə Qüvvələrinə məxsus tanklardan biri təsadüfən ölkənin öz ərazisinə atəş açıb.
525.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər saatlarında tank Qəzza zolağında bir hədəfə mərmi atıb, amma nasazlıq səbəbindən mərmi öz kursundan çıxıb və sərhəd hasarının yaxınlığında İsrail ərazisinə düşüb”, - açıqlamada deyilir.
Hərbçilərin məlumatına görə, Hof Aşkelon regional şurası ərazisində bir avtomobilə ziyan dəyib. Ordudan verilən məlumata görə, xəsarət alan olmayıb, hadisə araşdırılır.
Pərvanə Sultanova
Bizi İnstagramda izləyin