EN

Putindən Rusiya-Şimali Koreya ittifaqına təpki göstərən Seula sərt cavab- Kiyevə silah verilsə...

Image

Cənubi Koreya prezident Putinin Pxenyana səfəri zamanı imzalanan Rusiya-Şimali Koreya strateji tərəfdaşlıq razılaşmasına sərt reaksiya verib.  

“Kommersant” yazır ki, Seul rəhbərliyi Rusiya ilə Şimali Koreya arasında strateji tərəfdaşlıq müqaviləsini hərbi ittifaq kimi görür. Və buna cavab olaraq Ukraynaya silah verilməməsi ilə bağlı siyasətini nəzərdən keçirməyə hazırlaşır.

Vyetnama gedən Putin isə Seulun Kiyevə silah verməsinin böyük səhv olacağını deyib. Bildirib ki, Rusiya buna Cənubi Koreya rəhbərliyini məmnun etməyəcək qərarlar verməklə cavab verə bilər.

TAHİR





Chosen
145
baki-xeber.com

1Sources