Yunanıstanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı artıb.
BiG.AZ xəbər verir ki, Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) dərc etdiyi həftəlik hesabata görə, 10-16 iyun tarixləri arasında COVID-19 epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub.
10-16 iyun tarixləri arasında COVID-19 səbəbindən 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub. Əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin orta sayı 166 olub.
BiG.Az